Qəzzadan təxliyə edilənlərin sayı artdı

Dünya

24.08.2024 12:55

Avqust ayında İsrail Müdafiə Qüvvələrinin göstərişi ilə Qəzzadan 250 min fələstinli təxliyə edilib.

TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru" BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, avqustun 21-də və 22-də verilmiş üç təxliyə əmri daha 28,5 min insanın didərgin düşməsinə səbəb olub. Beynəlxalq təşkilatın məlumatına görə, onlar anklavda fəaliyyət göstərən 146 qaçqın düşərgəsinə yerləşdiriliblər.

 

Töhfə Səməd

tag: Qəzza, Fələstin, İnsanlar,Təxliyə,todaypress.az,