Qəzzada xəstəxanalar fəaliyyətini dayandırır
Dünya
19.08.2024 11:23
Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırır.
TodayPress xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq.
Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında da yanacaq və dərman çatışmazlığı səbəbindən növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
tag: Qəzza, Əl-Avda, Məhəmməd Saleh, Kamal Advan, Xəstəxana, todaypress.az,