Qəzzada qoşunların çıxarılması atəşkəsin birinci mərhələsində olacaq

Dünya

16.01.2025 08:44

Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək, girovların azad edilməsi və İsrail qoşunlarının bu müddət ərzində çıxarılmasına başlanılacaq.

TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden bildirib.

"Birinci mərhələ altı həftə davam edəcək. Buraya tam atəşkəs, İsrail qüvvələrinin Qəzzanın bütün məskunlaşdığı ərazilərdən çıxarılması və HƏMAS tərəfindən saxlanılan bir sıra girovların, o cümlədən qadınlar, qocalar və yaralıların azad edilməsi daxildir" ABŞ prezident bildirib.

Baydenin sözlərinə görə, ikinci mərhələ başlayanda kişi əsgərlər də daxil olmaqla, bütün yaşayan girovlar azad ediləcək və qalan bütün İsrail qüvvələri Qəzzadan çıxarılacaq, eyni zamanda müvəqqəti atəşkəs daimi olacaq.

Üçüncü mərhələdə öldürülən girovların hər hansı son qalıqları ailələrinə qaytarılacaq və Qəzza üçün əsaslı yenidənqurma planına başlanacaq.

Aynur TAC 

tag: Bayden, Qəzza, Atəşkəs, Əsir, Girov, HƏMAS, todaypress.az,