Qəzzada qida çatışmazlığından ölənlərin sayı 40-a çatdı

Dünya

14.06.2024 22:12

Qəzzada aclıqdan və susuzluqdan ölənlərin sayı sürətlə artmaqdadır.

TodayPress xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın yaydığı məlumata görə, Qəzza zolağında qida çatışmazlığı qurbanlarının sayının 40-a yüksəlib.

Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində yerləşən Kemal Advan Xəstəxanasındakı mənbələr də Qəzza zolağında 200-dən çox uşaqda qida çatışmazlığı əlamətlərinin qeydə alındığını və humanitar fəlakətin qapının astanasında olduğunu bildirib..

Təxminən 700 min əhalisi olan Qəzzanın şimalı, İsrailin sərhəd keçidlərini bağlamağa davam etməsi və yardım maşınlarının şimala girə bilməməsi səbəbindən ciddi qida böhranı yaşayır.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 37 min 266 nəfər ölüb, 85 min 102 nəfər isə yaralanıb.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bildirilib.

 GÜNEL

tag: Qəzza, Humanitar böhran, Qida çatışmazlığı, Fələstin, todaypress.az,