Qəzzada ölümcül virus aşkar edildi

Dünya

19.07.2024 09:54

2026

Qəzzada kanalizasiya sularından götürülən nümunələrdə poliomielit xəstəliyinə səbəb olan virus aşkar edilib.

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 

Qəzza Səhiyyə Nazirliyi UNICEF ilə birgə testlərin aparıldığını və tapılan bu virusun minlərlə vətəndaşı öldürə biləcəyini açıqlayıb. Əgər qabaqlayıcı tədbir görülməsə, bunun fələstinlilər üçün yeni fəlakət olacağı bildirilib. 

Səhiyyə Nazirliyi müharibənin dərhal dayandırılmasını tələb edib. Çünki hazırda Qəzza sakinlərinin yaşadığı şəraitdə virusun yayılma ehtimalı daha yüksəkdir. 

Qeyd edək ki, poliomielit ən çox uşaqlarda müşahidə edilir və təmiz olmayan yerlərdə daha sürətli yayılır. 

Töhfə Səməd

tag: Qəzza, Virus, Uşaqlar, Səhiyyə, Fəlakət, todaypress.az,