Qəzzada ölənlərin sayı artdı
Dünya
06.10.2024 11:20
Qəzza zolağında İsrailin Deyr əl-Bələhdəki İbn Rüşd məktəbi və Əl-Əqsa məscidinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
TodayPress xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın məsciddən komanda məntəqəsi kimi istifadə etdiyini iddia ediblər. Hücum nəticəsində 24 nəfər ölüb, 93 nəfər isə yaralanıb.
Məktəbə edilən hücum nəticəsində isə neçə nəfərin ölüb, yaralandığı hələ ki, məlum deyil.
Qeyd edək ki, İsrail ordusu Qəzzanın şimalında yeni əməliyyata başladığını açıqlayıb.
Töhfə Səməd
tag: Qəzza, Fələstin, İnsanlar,HƏMAS, İsrail, Ordu, todaypress.az,