Qəzzada ölənlərin sayı artdı
Dünya
18.07.2024 10:31
Qəzzada ötən 24 saat ərzində 80-dən çox insan həlak olub.
TodayPress xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Ölənlər arasında Fələstin İslami Cihadının (PIJ) iki döyüşçüsü, o cümlədən təşkilatın Qəzzadakı dəniz qüvvələrinin rəisi də var.
Bu arada, Avstraliya hökuməti Qəzzada günahsız mülki əhalinin həlak olmasını pislədiyini açıqlayıb. Avstraliyanın xarici işlər naziri Penni Vonq hər iki tərəfi sülhə çağırdığını bildirib.
Töhfə Səməd
tag: Qəzza, Fələstin, Avstraliya, Əhali, Həlak, todaypress.az,