Qəzzada ölənlərin sayı artdı

Dünya

10.08.2024 16:53

Son məlumatlara əsasən, 2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağında 39 min 790 fələstinli həyatını itirib, 92002 nəfər isə yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. 

Son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 40 fələstinli ölüb, 140 nəfər yaralanıb.

Səhiyyə Nazirliyi Qəzza şəhərindəki əl-Tabiyin məktəbinə hücumun qurbanları ilə bağlı hələ ki, rəsmi məlumat verməyib.

Töhfə Səməd

tag: Qəzza, Fələstin, Səhiyyə Nazirliyi, Əl-Tabi, Məktəb, todaypress.az,