Qəzzada ölənlərin sayı artdı

Dünya

28.08.2024 14:00

Qəzza zolağının mərkəzi və cənub hissələrinə endirilən zərbələr nəticəsində azı 20 fələstinli həlak olub. 

TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, Deyr-əl-Balah və Xan Yunis ərazilərində vəziyyət olduqca gərgindir. 

Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 40 476 nəfər ölüb, 93 647 nəfər isə yaralanıb. 

Töhfə Səməd

tag: Qəzza, İsrail, Əməliyyatlar,Deyr-əl-Balah , Xan Yunis, todaypress.az,