Qəzzada ölənlərin sayı artdı

Dünya

24.08.2024 17:30

İki gün ərzində Qəzza zolağında 69 fələstinli dünyasını dəyişib.

TodayPress xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son iki gündə Qəzzanın müxtəlif ərazilərinin atəşə tutulması və bombalanması nəticəsində 69 nəfər ölüb, 212 nəfər yaralanıb" deyə məlumatda bildirilib.

Qeyd olunub ki, bununla da anklavda həyatını itirənlərin sayı 40 334 nəfərə çatıb, 93 356 nəfər isə yaralanıb.

Töhfə Səməd

tag: Qəzza, Fələstin, İnsanlar,Həlak,Ölüm,todaypress.az,