Qəzzada ölənlərin sayı açıqlandı
Dünya
22.09.2024 15:40
Qəzzada son sutkada 40
fələstinli ölüb, 58 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə anklavın səhiyyə nazirliyi məlumat
yayıb.
Bununla da indiyə qədər
Qəzza zolağında ölənlərin sayı 41 431 nəfərə, yaralananların sayı 95 818 nəfərə
çatıb.
Xatırladaq ki, ötən
ilin oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində
1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza
zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.
tag: Qəzza, Böhran, İnsanlar,Ölənlər,HƏMAS ,todaypress.az,