Qəzzada ölənlərin sayı açıqlandı
Dünya
07.07.2024 17:23
2023-cü
il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 153 nəfərə
yüksəlib.
TodayPress
xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu
dövr ərzində ümumilikdə 87 828 nəfər yaralanıb.
Məlumata
görə, son 24 saat ərzində 55 nəfər ölüb, 123 nəfər yaralanıb.
Xatırladaq
ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə
hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara
başlayıb.
tag: Qəzza, Bomba, Yaşayış Binaları, İsrail,Ölüm,Səhiyyə,Açıqlama,todaypress.az,