Qəzzada ölənlərin sayı açıqlandı
Qəzza zolağında hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabrından bəri Fələstin-İsrail toqquşmaları nəticəsində təxminən 45,9 min nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
"2023-cü ilin oktyabrından bəri Qəzzada ölənlərin sayı 45 min 885 nəfərə çatıb, 109 min 196 nəfər isə yaralanıb" nazirliyin məlumatında deyilir.
Bundan başqa, son 24 saat ərzində 31 nəfər həlak olub, 57 nəfər yaralanıb.
tag: Qəzza ,Ölüm ,Say, İsrail, todaypress.az,