Qəzzada ölənlərin sayı 44 mini ötdü

Dünya

23.11.2024 18:58

Ötən ilin oktyabrında İsrailin hərbi əməliyyatları başlayandan bu günə qədər Qəzzada ölənlərin sayı 44,176 nəfərə çatıb.

TodayPress xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəzzada yaralananların sayı isə 104,473 nəfərə çatıb.

Qeyd edək ki, İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 48 saatda həyata keçirdiyi hərbi əməliyyatlarda 120 nəfər vəfat edib, 205 nəfər isə yaralanıb.

tag: Qəzza, Fələstin, Səhiyyə,Hərbi Əməliyyatlar,Səhiyyə Nazirliyi, todaypress.az,