Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 200-dən çoxdur

Dünya

31.07.2024 21:17

1093

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 7 oktyabr 2023-cü ildən bəri Qəzzada 202 əməkdaşı həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “TASS” xəbər agentliyi məlumat yayıb.

"İyulun 30-na olan məlumata görə, oktyabrın 7-dən bu yana öldürülən UNRWA əməkdaşlarının ümumi sayı 202 nəfərdir" deyə agentlik yazıb. 

tag: BMT, Qəzza, UNRWA, TASS, todaypress.az,