Qəzzada müvəqqəti atəşkəsin əldə olunması gözlənilir

Dünya

15.05.2025 11:07

9

Qətərin paytaxtı Dohada Fələstinin HƏMAS hərəkatı ilə ABŞ rəsmiləri arasında keçirilən məxfi məsləhətləşmələr yeni mərhələyə qədəm qoyub.

TodayPress xəbər verir ki, bu barədə "Maan" agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqlarda Qəzza zolağında hərəkatla İsrail qüvvələri arasında müvəqqəti atəşkəs razılaşmasının əldə olunması ehtimalı yaranıb.

Agentliyin mənbələri qeyd edir ki, Dohadakı danışıqlar yeni fazaya keçib və bu mərhələdə qısa müddətli atəşkəslə bağlı razılığın mümkünlüyünə dair əlamətlər artmaqdadır.

Qeyd edək ki, mayın 14-də HƏMAS və ABŞ administrasiyasının nümayəndələri Dohada Qətər vasitəçilərinin iştirakı ilə danışıqlar aparıblar. Qruplaşmanın nümayəndələri bildiriblər ki, Amerika tərəfi bəzi məsələlərdə mövqeyini dəyişib.

Töhfə Səməd


tag: Qətər,Doha,Fələstin,HƏMAS,ABŞ,İsrail ,todaypress.az,