Qəzzada məktəblərin 80%-dən çoxu zərərsiz hala düşdü
Dünya
12.01.2025 12:45
Qəzza zolağında məktəb binalarının ən azı 88%-i dağıdılıb və ya ciddi şəkildə zədələnib.
TodayPress xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, bölgədə qarşıdurma başlayan gündən bu yana 564 məktəb binasından 496-sı (88%) dağıdılıb və ya ciddi şəkildə zədələnib.
Həmçinin Fələstin anklavında bütün binaların təxminən 69%-inin də vəziyyəti eynidir.
Töhfə Səməd
tag: Qəzza,