Qəzzada məktəbə zərbə endirildi, ölənlər var
Qəzza zolağının mülki müdafiə sözçüsü İsrailə məxsus üç raketin məktəbi vurduğunu təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Bildirib ki, hadisə nəticəsində 90-100 nəfər həlak olub, onlarla insan yaralanıb.
Qeyd edək ki, İsrail silahlı qüvvələri daha əvvəl anklavın şimalında Qəzza şəhərində yerləşən Əl-Tabain məktəbində HƏMAS hərəkatının qərargahının məhv edildiyini açıqlayıb.
Töhfə Səməd
tag: Qəzza, Hadisə, İsrail, HƏMAS, Əl-Tabain, todaypress.az,