Qəzzada məktəbə endirilən hava zərbəsi nəticəsində azı 15 nəfər həyatını itirdi
Dünya
06.07.2024 22:16
Qəzza zolağında yerləşən məktəbə
endirilən hava zərbəsi nəticəsində azı 15 nəfər ölüb.
TodayPress “BBC”-yə istinadən
xəbər verir ki, bu barədə Fələstin rəsmilərinin yaydığı məlumatda qeyd olunub.
Qəzzanın mərkəzindəki Nuseyrat
qaçqın düşərgəsində məcburi köçkünlərin sığındığı binaya hücum nəticəsində isə onlarla
insan yaralanıb.
İsrail hərbçiləri xarici KİV-ə
bildiriblər ki, zərbə araşdırılır.
Yerli mənbə hədəfin HƏMAS polisinin istifadə etdiyi iddia edilən otaq olduğunu bildirib. İddia təsdiqlənməyib.
Nəzrin Cavadzadə
tag: Qəzza, HƏMAS, İsrail, Məktəb, todaypress.az,