Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlandı
Dünya
23.01.2025 02:45
15 aydan çoxdur İsrailin hücumları altında olan Qəzza zolağında son 24 saatda 54 nəfərin cəsədi xəstəxanaya çatdırılıb.
TodayPress xəbər verir ki, İsrail və HƏMAS arasında atəşkəsin 4-cü günündə Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Məlumatda
bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 54 ölü və 19 yaralı daxil olub.
Həlak olanların 53-nün cəsədinin dağıntılar altından çıxarıldığı, bir nəfərin isə əvvəlki hücumlarda aldığı xəsarətlərdən öldüyü bildirilib.
Beləliklə İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 47 min 161 nəfərə, yaralıların sayı isə 111 min 166 nəfərə yüksəlib.
Mülki
müdafiə qrupları dağıntılar altında qalanlara çatmaq üçün axtarış-xilasetmə işlərini
davam etdirir. Dağıntılar altında və yolun kənarlarında hələ də cansız cəsədlərin
olduğu bildirilir.
tag: Qəzza, Ölənlər, Fələstin,Xəstəxana, todaypress.az,