Qəzzada humanitar böhran pik həddə çatdı: “İnsanlar artıq tükənib”

Dünya

13.07.2024 14:19

İsrail və HƏMAS arasında gedən müharibə 9-cu ayını tamamladı. Bölgədə humanitar vəziyyət daha da pisləşib.

TodayPress xəbər verir ki, bu barədə “France24” məlumat yayıb. 

Bildirilib ki, 300-350 min insanın sıx yaşadığı Qəzza şəhərində İsrail müxtəlif məhəllələrdə hərbi əməliyyatları gücləndirib və çoxsaylı təxliyə əmri verib. Münaqişə nəticəsində orada yaşayan 2,3 milyon əhalinin 80 faizdən çoxu doğma torpaqlarından didərgin düşüb. 

Bölgədə səhiyyə sahəsinin çökdüyü, yeməklərin keyfiyyət və kəmiyyətinin azaldığı, humanitar yardımın çatdırılmasının isə demək olar ki, mümkünsüz olduğu qeyd edilib.

Xatırladaq ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin açıqlamasına görə, Qəzza zolağında hər yerdə dağıntı və ümidsizlik hökm sürür. Ailələrin məcburi köçü davam edir. Bəziləri məktəblərə və zədələnmiş binalara sığınır, bəziləri isə müvəqqəti çadırlarda yaşayır.  

Töhfə Səməd

tag: Qəzza, Böhran, İnsanlar,