Qəzzada hər gün ən azı 30 fələstinli ölür
Dünya
06.08.2024 17:30
Qəzza zolağında son 24 saat ərzində hərbi əməliyyatlar nəticəsində azı 30 nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, son 24 saat ərzində müxtəlif dərəcəli xəsarətlərlə 66 fələstinli də Qəzzanın tibb müəssisələrinə aparılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü il tarixindən etibarən eskalasiya qurbanlarının ümumi sayı artaraq 39 min 653 nəfərə çatıb, 91 min 535 nəfər isə xəsarət alıb.
Töhfə Səməd
tag: Qəzza, Fələstin, Hərbi Əməliyyatlar, Səhiyyə,Ölüm, todaypress.az,