Qəzzada Hepatit A virusuna yoluxanların sayı 40 min nəfərə çatdı
Dünya
30.07.2024 20:55
Qəzza zolağında Hepatit A xəstələrinin
sayı, demək olar, 40 min nəfərə çatıb, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə
qədər isə cəmi 85 yoluxma halı qeydə alınmışdı.
TodayPress “TASS”-a
istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər
üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.
Bildirilib ki, hər həftə
anklavda 800-dən 1000-ə qədər yeni yoluxma halları qeydə alınır. Xüsusilə
Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda
yayılmağa davam edir. Agentlik qeyd edir ki, hepatitin yayılmasına səbəb
sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır.
tag: Qəzza, Hepatit A, Fələstin, İsrail, UNRWA, todaypress.az,