Qəzzada həlak olanların sayı 45 mini ötdü

Dünya

22.12.2024 15:22

2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb. 

TodayPress xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat verib. 

“2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 45 259 nəfərə yüksəlib, daha 107 627 nəfər yaralanıb” məlumatda qeyd edilib. 


tag: QƏZZA,Ölüm,Səhiyyə,İsrail,Fələstin,Todaypress.az,