Qəzzada həlak olan jurnalistlərin sayı 215-ə çatdı
İsrailin martın 18-dən bəri yenidən başladığı hücumlar nəticəsində Qəzza zolağında 2700-dən çox insan həlak olub, 7600-dən çox insan isə yaralanıb.
TodayPress xəbər verir ki, Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mayın 13-də İsrailin Xan Yunusdakı Nasir xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində fələstinli jurnalist Həsən İslih həyatını itirib.
Bununla da oktyabr 2023-dən bu günə qədər öldürülən jurnalistlərin sayı 215-ə çatıb.
Qəzza Səhiyyə Nazirliyi bildirir ki, hücum nəticəsində xəstəxananın cərrahiyyə şöbəsində iki xəstə həlak olub, bir neçə tibb işçisi və pasiyent isə xəsarət alıb.
İsrail tərəfi isə hücumların davam etməsini HƏMAS-ın atəşkəs və girov razılaşmasını qəbul etməməsi ilə əsaslandırır.
Hazırda Qəzzaya elektrik verilişi və humanitar yardımın girişi də məhdudlaşdırılıb.
Türkan İsgəndərli
tag: İsrail,Fələstin,Qəzza,Zərbə,todaypress.az,