Qəzzada həlak olan fələstinlilərin sayı artdı
Dünya
08.11.2024 22:14
Qəzza sektorunda hərbi əməliyyatlar
nəticəsində həlak olan fələstinlilərin sayı 43 508 nəfərə, yaralıların sayı isə
102 684 nəfərə yüksəlib.
TodayPress xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi
son 24 saat ərzində 39 fələstinlinin həlak olduğunu, daha 123 nəfərin isə
yaralandığını açıqlayıb.
BMT-nin məlumatına görə, Qəzza sektorunda hərbi
əməliyyatlar səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb.
Eyni zamanda, Fələstin anklavında infrastrukturun 60 faizi dağılıb.
Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı Qəzza
zolağında öldürülənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu iddia edən
hesabat yayıb.
Oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin
nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada
hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə
HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail
ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları
yenidən bərpa edib.
tag: Qəzza,HƏMAS, Fələstin, Səhiyyə, todaypress.az,