Qəzzada əməliyyatlar bərpa edilə bilər
Dünya
17.01.2025 09:33
Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağında müharibə bərpa oluna bilər.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti yazıb.
Bildirilir ki, İsrail hökuməti yanvarın 16-da HƏMAS ilə razılaşmaya dair həlledici səsverməni təxirə salıb, çünki İsrailin Baş naziri hərbi əməliyyatları davam etdirməkdə israr edən öz koalisiyasının ifrat sağçı üzvləri ilə çətin danışıqları davam etdirir.
“Bağlı qapılar arxasında Netanyahu ifrat sağçı müttəfiqlərinə bildirib ki, ilkin mərhələdən sonra müharibə bərpa oluna bilər, HƏMAS 1000-dən çox fələstinli məhbusu azad etmək müqabilində tədricən 33 girovu azad edəcək” materialda qeyd olunub.
Atəşkəsin ikinci mərhələsi İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını nəzərdə tutur. Nəşr bildirir ki, ondan əvvəl atəşkəs pozularsa, o zaman çoxu İsrail əsgərləri olan girovların demək olar ki, yarısı əsirlikdə qalacaq.
Qeyd edək ki, yanvarın 15-də “Al Arabiya” münaqişə tərəflərinin atəşkəs sazişi imzaladığını xəbər vermişdi.
Günəş Mərd
tag: Qəzza, İsrail, Hökumət, Zolaq, todaypress.az,