Qəzzada döyüşlər başlayandan bəri öldürülən girovların sayı açıqlandı
İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 33 israilli girov öldürülüb, bəziləri isə itkin düşüb.
TodayPress
xəbər verir
ki, “TASS” məlumat yayıb.
Bildirilib ki, 2024-cü il oktyabrın
9-dan 21 noyabr 2024-cü ilə qədər 9 girov həlak olub.
HƏMAS İsrailə xəbərdarlıq edərək
bildirib ki, Qəzzada "təcavüzünü davam etdirərsə, hələ də sağ olan bütün
girovları itirə bilər.
2024-cü ilin noyabr ayının sonlarında
Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən humanitar atəşkəs zamanı
100-dən çox girov azad edildi, lakin atəşkəs HƏMAS tərəfindən 2024-cü il
dekabrın 1-də pozuldu və İsrail HƏMAS-a qarşı əməliyyatını bərpa etdi.
İsrail
tərəfinin son məlumatlarına görə, Qəzzada hələ də 101 girov saxlanılır.
Aynur TAC
tag: Qəzza, Fələstin, Münaqişə, Ölüm,İsrail, HƏMAS, todaypress.az,