Qəzzada daha 65 nəfər öldü
Qəzza zolağında son 24 saat ərzində davam edən döyüşlər nəticəsində azı 65 nəfər ölüb, 140 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin “Telegram” kanalında yerləşdirdiyi məlumata görə, 2023-cü ilin oktyabr ayından bu yana 42 min 409 fələstinli münaqişənin qurbanı olub, 99 min 153 nəfər isə yaralanıb.
Binaların dağıntıları altında hələ də cəsədlərinin qaldığı və şəxsiyyətinin müəyyən edilmədiyi iddia edilir.
Töhfə Səməd
tag: Qəzza ,Fələstin ,Cəsədlər,Döyüşlər ,todaypress.az,