Qəzzada BMT-nin əməkdaşı öldürüldü
BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada daha bir əməkdaşının öldüyünü açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin saytında yerləşdirilən məlumatda deyilir.
Agentliyin əməkdaşı Qəzza zolağında yük maşınının birbaşa raketlə vurulması nəticəsində həlak olub.
Təşkilat qeyd edir ki, Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumu ilə başlayan müharibə nəticəsində agentliyin 230 əməkdaşı ölüb.
tag: BMT, Yaxın Şərq, Fələstin, Qəzza, todaypress.az,