Qəzzada atəşkəslə bağlı danışıqlar dayandırıldı

Dünya

02.08.2024 16:00

“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra Qəzza zolağında sülh danışıqları ilə bağlı Misir və Qətər vasitəçilərinin İsraillə təmasları tamamilə dayandırılıb”.

TodayPress xəbər verir ki, bu barədə Misir təhlükəsizlik xidməti məlumat yayıb. 

Qəzza zolağının daxilində və xaricində HƏMAS rəhbərliyi arasında qəzəb, habelə vasitəçilərin Haniyənin ölümü ilə bağlı məyusluğu danışıqların dayandırılmasına səbəb olub.

Xatırladaq ki, iyulun 28-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Romada İsrail, Misir və Qətər nümayəndələri ilə görüşüb, Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlara cəhd edib. 

Töhfə Səməd

tag: Qəzza, İsrail, ABŞ,Roma, Misir, HƏMAS, todaypress.az,