“Qəzzada atəşkəs əldə olunarsa, Livandakı münaqişələr də dayanacaq”
“Qəzza zolağında İsrail və HƏMAS arasında mümkün atəşkəs, Livanın cənubundakı münaqişələri də dayandıracaq”.
TodayPress “Haber Türk”ə istinadən xəbər verir ki, bu sözləri “Hizbullah”ın baş katibi Həsən Nəsrullah videokonfransda deyib.
"Əgər İsrail Qəzzada atəşkəsdən sonra Livanın cənubuna hücuma qərar verərsə, Livanı müdafiə edəcəyik və işğala imkan verməyəcik" deyə o, qeyd edib.
Son həftələrdə İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır.
Töhfə Səməd
tag: Qəzza, Atəşkəs, HƏMAS, İsrail, Livan, todaypress.az,