Qəzzada atəşkəs danışıqları dayandırıldı
Dünya
14.07.2024 12:02
HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bu barədə HƏMAS rəsmisi bildirib.
Onun sözlərinə görə,İsrail nümayəndə heyəti müəyyən şərtlərlə razılaşsa da, lakin sonradan onlara düzəlişlər edərək yeni şərtlər irəli sürüb. HƏMAS bu səbəbdən Qəzza zolağında atəşkəs danışıqlarını dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
Günəş Mərd
tag: QƏZZA,HƏMAS,İsrail,atəşkəs,todaypress.az,