Qəzzada atəşkəs dalana dirəndi
Dünya
19.01.2025 11:30
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, danışıqlar uğursuz olarsa, ölkəsi HƏMAS-a qarşı müharibəni bərpa edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Al Qahera News” məlumat yayıb.
Tərəflərin arasında atəşkəsin yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilsə də, bu baş verməyib.
Netanyahu bildirib ki, İsrail HƏMAS-ın azad edəcəyi girovların siyahısını alana qədər razılaşmanı həyata keçirməyəcək.
Növbəti bir neçə həftə ərzində 33 girovun 1890 fələstinli məhbusun əvəzində azadlığa buraxılması nəzərdə tutulur.
Razılaşmanın şərtlərinə görə, İsrail də öz qüvvələrini Qəzzadan geri çəkməyə başlayacaq.
İlk girovların harada təhvil veriləcəyi isə hələlik bəlli deyil.
Nicat Osman
tag: Qəzza,Atəşkəs,İsrail,HƏMAS,Todaypress.az,