Qəzzada atəşkəs başlayacaq

Dünya

18.01.2025 14:15

Qəzza zolağında atəşkəs yanvarın 19-da başlayacaq. 

TodayPress xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari “X” sosial şəbəkəsində məlumat verib.

“Razılaşma tərəfləri və vasitəçilər tərəfindən razılaşdırıldığı kimi Qəzza zolağında atəşkəs sabah başlayacaq” deyə departament sözçüsü yazıb.    

Qeyd edək ki, yanvarın 16-da İsrail, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər nümayəndələri Dohada rəsmi olaraq Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında saziş imzalayıblar.

Yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti atəşkəs sazişini təsdiqləyib. Birinci mərhələ min fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur. 


Günəş Mərd

tag: Qəzza, İsrail, Fələstin, Münaqişə ,Dünya, Xəbər, Atəşkəs, todaypress.az,