Qəzzada 87 min uşaq peyvənd edildi
Dünya
03.09.2024 13:01
Beynəlxalq humanitar təşkilatların əməkdaşları Qəzza zolağında 87 minə yaxın uşağa poliomielit xəstəliyinə qarşı peyvənd ediblər.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
392 stasionar məntəqədə 2,2 minə yaxın tibb işçisi peyvəndləmə işini həyata keçirir.
Bu məqsədlə 300-ə yaxın mobil qrup təşkil edilib.
Ümumilikdə, peyvəndin hər iki mərhələsi ərzində 10 yaşa qədər 640 min uşağın peyvənd edilməsi planlaşdırılır.
Günəş Mərd
tag: Qəzza, Peyvənd ,BMT ,Fələstin ,Uşaqlar, todaypress.az,