Qəzzada 640 min uşaq peyvəd olunacaq
Dünya
28.08.2024 03:18
BMT Qəzzada poliomielit virusunun
yayılmasının qarşısını almaq 640 min uşağın peyvənd etməyi nəzərdə tutur.
TodayPress xəbər verir ki, bu barədə BMT Baş katibinin
sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, virusun ikinci variantı Qəzzada
sürətlə yayılıb: "Vaksinasiya iki mərhələdə həyata keçiriləcək. On yaşa
qədər 640 mindən çox uşaq peyvənd olunacaq. Hədəf ilk mərhələdə uşaqların azı
95 %-ni peyvənd etməkdir".
Qeyd edək ki, poliomielit sinir sistemini zədələyə,
əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu
xəstəlikdir. Qəzzada xəstəliyin yayılması münaqişə səbəbindən təmiz su
ehtiyatlarının azalması və çirkab sulardan istifadədir.
tag: Qəzza, BMT, Peyvənd, Stefan Dujarrik,todaypress.az,