Qəzzada 500 tibb işçisi öldü

Dünya

02.08.2024 17:45

Qəzza zolağında hər gün orta hesabla iki tibb işçisi ölür.

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb. 

Bildirilib ki, anklavda hər qırx tibb işçisindən biri artıq döyüşlərin qurbanı olub. Bu günə qədər isə 500 tibb işçisi dünyasını dəyişib. Qeyd edilib ki, döyüşlər Qəzza zolağında səhiyyə sisteminə xeyli ziyan vurub, bir çox tibb müəssisələri dağıdılıb.

Bundan əlavə, Qəzza Səhiyyə Nazirliyi 300-dən çox fələstinli tibb işçisinin İsrail hakimiyyəti tərəfindən “terrorçu fəaliyyətdə şübhəli bilinərək” saxlanıldığını bildirib. İsrail tərəfi, NYT-nin sorğusuna cavab olaraq, “terrorçuluqda şübhəli bilinən şəxs”lərin dindirilmək üçün İsrail ərazisinə aparıldıqlarını qeyd edib. Məlumata görə, onlardan bəziləri bəraət alaraq, azad edilib.

Xatırladaq ki, münaqişə nəticəsində indiyə qədər 39 min fələstinli ölüb, 90,1 min nəfər yaralanıb.

Töhfə Səməd

tag: Qəzza, Tibb İşçisi, NYT, Münaqişə, Fələstin, todaypress.az,