Qəzza zolağından İsrailə yeni raket zərbəsi endirildi
Dünya
31.12.2024 07:23
Qəzza zolağından İsrailin cənubuna yeni
raket zərbəsi endirilib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə
Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının şimalından radikallar
tərəfindən buraxılan raket İsrailin cənubundakı yaşayış olmayan ərazidə
partlayıb.
Bununla bağlı Fələstin anklavı ilə sərhədə yaxın yerləşən
Kissufim kəndində hava hücumu xəbərdarlığı elan edilib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin
radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail
ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və
250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin
şəkildə pisləşib.
tag: Qəzza, İsrail, Kissufim, Raket, Zərbə, HƏMAS, todaypress.az,