Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür
Dünya
09.11.2024 11:30
“Qəzza zolağında hər gün orta hesabla 67 uşaq ölür”.
TodayPress xəbər verir ki, bu məlumatı
“Əl-Cəzirə” telekanalı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə
Agentliyinin əməkdaşı Luiz Uoticə istinadən verib.
Onun sözlərinə görə, yalnız son
günlər İsrail ordusu agentliyin iki məktəbinə hücum edib. Nəticədə 17 nəfər həlak
olub, çoxlu sayda insan yaralanıb.
Bundan başqa Fələstin anklavının mərkəzi
və cənub bölgələrində ehtiyacı olanlara gündəlik 400 minə yaxın yemək paylayan
100-dən çox mətbəxin qida çatışmazlığı səbəbindən bağlanma riski ilə üzləşib.
Agentliyin məlumatına görə, dərman və gigiyena vasitələri olan 40-a yaxın yük
maşını Qəzzaya daxil olmaq üçün Misir və İordaniya sərhədlərində gözləyir.
Bundan əlavə, agentlik sektorun
yaşayış məntəqələrinin küçələrində 42 milyon tondan çox dağıntıların
yığıldığını, partlamamış hərbi sursatların və minaların cəmləşməsinin mülki əhali
üçün birbaşa təhlükə yaratdığını qeyd edib. Eyni zamanda
minatəmizləmə üzrə mütəxəssislərin ölkəyə girişi və təmizləmə işlərinin
aparılması xeyli məhdudlaşdırılıb.
tag: Qəzza, Yaxın Şərq, İsrail, Uşaq ölümü, todaypress.az,