Qəzza zolağında ərzaq ehtiyatları tükənir
Qəzza zolağında ərzaq ehtiyatları tükənir.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bəyanat yayıb.
Bildirilir ki, bütün əsas sərhəd keçidləri bağlı qaldığından, humanitar və kommersiya ləvazimatları yeddi həftədən çoxdur Qəzzaya daxil olmur.
Təşkilatın hesablamalarına görə, ərzaq qiymətləri münaqişədən əvvəlki dövrlə müqayisədə 1400% artıb.
Aprelin 25-də ÜƏP son ərzaq ehtiyatlarını Qəzzadakı mərkəzlərə çatdırıb. Ancaq bu ehtiyatlar yaxın günlərdə tamamilə tükənəcək.
Hazırda 116 min tondan çox ərzaq yardımı humanitar dəhlizlərdə gözləyir və sərhədlər açıldığı halda dərhal bölgəyə çatdırıla bilər.
BMT bir daha sərhəd keçidlərinin açılmasına və humanitar yardımın maneəsiz ötürülməsinə çağırış edib.
Türkan İsgəndərli
tag: Yardım,BMT,Qəzza,Fələstin,todaypress.az,