Qəzza zolağında aclıq başlayacaq

Dünya

25.12.2024 11:20

Qəzza zolağının şimalında tezliklə aclıq başlaya bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” beynəlxalq monitorinq təşkilatı Aclığa Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsinin (FEWS NET) bəyanatına istinadən məlumat yayıb.     

Təşkilat xəbərdarlıq edir ki, anklav iki aydan çoxdur İsrail ordusu tərəfindən mühasirədədir. 

FEWS NET-in məlumatına görə, İsrail bölgəyə humanitar yardımların və ərzaq tədarükünün blokadasını davam etdirdiyi üçün Cəbəliyyə, Beyt Lahiyə və Beyt Hanunda aclıq baş verir.

"İsrail oktyabrın 5-də başlayan blokadanı davam etdirərsə, o zaman gələn ay aclıqdan ölənlərin sayı daha öncəki göstəriciləri üstələyəcək" təşkilat bildirib.     

Günəş Mərd

tag: Qəzza ,Aclıq, Blokada, İsrail ,todaypress.az,