Qəzza zolağına hücum nəticəsində xəstəxana yandı
Dünya
18.12.2024 11:29
İsrailin endirdiyi zərbə Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasının reanimasiya şöbəsində yanğına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.
Xəstəxananın direktoru Hussam Abu Safiya bildirib ki, xəstəxanada reanimasiyaya ehtiyacı olan bir neçə nəfər də daxil olmaqla 50-yə yaxın yaralı var.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
Töhfə Səməd
tag: Qəzza , Yanğın, Reanimasiya,Xəstəxana, todaypress.az,