Qəzza və Livan bombalandı: 25 nəfər öldü
Ötən gecə İsrail hərbi aviasiyasının Qəzzanın mərkəzindəki Əl-Zavayda yaşayış məntəqəsindəki sığınacağa aviazərbələri nəticəsində 15 nəfər ölüb.
TodayPress-in “Al-Jazeera”ya istinadən verdiyi xəbərə görə, hava reydi zamanı xeyli sayda yaralıların olduğu açıqlanıb.
Qırıcılar Livanın cənubunu da hədəfə alıb. Nabatiyə şəhərindəki yaşayış binalarından birinə atılan raketlər azı 10 nəfərin həyatına son qoyub, 3 nəfər dinc sakin isə yaralanıb.
tag: İsrail, Livan, Nabati, Qırıcılar, Qəzza, todaypress.az,