Qəzza məsələsi ilə bağlı Qahirədə görüş keçiriləcək

Dünya

07.07.2024 12:04

Gələn həftə Qahirədə Misir, ABŞ və İsrail nümayəndələri arasında Qəzza zolağındakı vəziyyətin stabilləşməsi məqsədilə görüş keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

"Misir Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı həll edilməmiş məsələləri müzakirə etmək üçün İsrail və Amerika nümayəndə heyətlərini qəbul edəcək" deyə Misir mediası bildirib. Mənbə əlavə edib ki, Misir tərəfi, həmçinin Qahirənin İsrail həbsxanalarında olan girovları fələstinlilərlə dəyişdirmək və atəşkəslə bağlı razılıq əldə etmək səyləri çərçivəsində Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə məsləhətləşmələri davam etdirəcək.

 Töhfə Səməd

tag: Qahirə,Misir,ABŞ,İsrail,Qəzza,HƏMAS,Fələstin,