Qəzza ilə bağlı danışıqlar davam edir
“Qəzza zolağında atəşkəs
rejiminin tətbiqi və HƏMAS-ın ələ keçirdiyi girovların azad edilməsi ilə bağlı
beynəlxalq məsləhətləşmələrin iştirakçıları mümkün sazişlə bağlı prinsipial
razılıq əldə ediblər”.
TodayPress xəbər verir
ki, bunu jurnalistlərə verdiyi açıqlamada ABŞ Prezidenti Cozef Bayden deyib.
"Biz hesab edirik
ki, razılığa gələ bilərik, tərəflər hamısı müqavilənin prinsipləri ilə
razılaşdıqlarını söyləyiblər" deyə o, əlavə edib.
Baydenin sözlərinə görə,
görüşlər davam etdiyi üçün məsləhətləşmələrlə bağlı nikbin olaraq qalır.
"Bu müharibəyə son
qoymağın vaxtıdır. Düşünürəm ki, biz saziş bağlamaq ərəfəsindəyik" deyə
prezident qeyd edib.
Töhfə Səməd
tag: Qəzza, ABŞ, Bayden, İsrail, todaypress.az,