Qətərin Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa etdi

Dünya

21.12.2024 18:55

Qətərin Dəməşqdəki səfirliyi 2011-ci ildə Suriyadakı münaqişə səbəbindən missiyanın bağlanmasından 13 il sonra yenidən fəaliyyətə başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Qətərin “Al Araby” telekanalı məlumat yayıb.

Qeyd olunduğu kimi, dekabrın 21-də Qətərin səfirliyi üzərində əmirliyin bayrağı qaldırılıb.  

Töhfə Səməd

tag: Suriya, Qətər, Dəməşq, Səfirlik, Bərpa ,todaypress.az,