Qətər Ukraynanı silahlandırmır

Dünya

17.09.2024 15:56

“Qətər Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir və onun hərbiləşdirilməsində iştirak etməyib”. 

TodayPress xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.

"Biz ilk gündən bu münaqişənin sülh yolu ilə həllində maraqlı olduğumuzu açıqlamışıq" deyə XİN nümayəndəsi qeyd edib. 

O, Dohanın Berlinlə silah müqaviləsi çərçivəsində Ukraynaya haubitsaların təhvil verilməsinə razılıq verdiyinə dair iddialara aydınlıq gətirib: 

"Hazırda biz hər iki tərəf arasında vasitəçilik səylərində iştirak edirik və açıq şəkildə bu xarakterli hər hansı münaqişənin hərbiləşdirilməsində iştirak etmirik". 

Töhfə Səməd

tag: Ukrayna, Qətər, Berlin, Sülh, Xarici İşlər Nazirliyi ,Dohan, todaypress.az,