Qətər Trampa veriləcək təyyarə ilə bağlı açıqlama verdi
"ABŞ prezidenti Donald Trampa veriləcəyi deyilən "Boeing 747-8" təyyarəsi şəxsi hədiyyə deyil. Bu, sadəcə iki hökumət arasında rəsmi razılaşmadır".
TodayPress xəbər verir ki, bunu Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani deyib.
O əlavə edib ki, razılaşma hələ hüquqi baxış mərhələsindədir.
Xatırladaq ki, bəzi məlumatlarda Qətərin kral ailəsinin Trampa 400 milyon dollarlıq "uçan saray" hədiyyə etmək istədiyi iddia olunub. ABŞ-də bəzi Demokrat siyasətçilər bu iddianı tənqid edib və araşdırma aparılmasını istəyiblər.
Türkan İsgəndərli
tag: Tramp,Qətər,Boeing,Təyyarə,todaypress.az,