Qətər Suriya və Türkiyə vasitəsilə Avropaya qaz tədarük etməyəcək
Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Suriya və Türkiyə vasitəsilə Avropaya mümkün qaz nəqli ilə bağlı yayılan məlumatları şayiə adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Mediada qaz kəməri ilə bağlı bir çox şayiələr yayılıb. Lakin, bu, medianın spekulyasiyasından başqa bir şey deyil" deyə o, sualları cavablandırarkən deyib.
Töhfə Səməd
tag: Qətər ,Suriya ,Türkiyə ,Qaz, todaypress.az,